İran Vyetnamın neft tankerini sərbəst buraxdı

İran Ərəb dənizində "neft oğurluğu" iddiası ilə iki həftə əvvəl saxladığı Vyetnamın neft tankeri “SOTHYS”-i azad edib.

1731987
İran Vyetnamın neft tankerini sərbəst buraxdı

TRT-nin İran dövlət mediasına istinad etdiyi xəbərə görə  İran neftini oğurladığı iddiası ilə İslam İnqilab Keşikçiləri korpusu tərəfindən nəzarətə alınan tanker sərbəst buraxılıb. Gəmidəki 26 nəfərdən ibarət heyət haqqında məlumat paylaşılmayıb.

Xatırladaq ki, İran oktyabrın 25-də Ərəb dənizində Vyetnama məxsus neft tankerini ələ keçirdiyinə dair görüntüləri noyabrın 3-də  paylaşdı.

İran İnqilab Keşikçiləri Korpusu isə mövzu ilə bağlı verdiyi açıqlamada Amerika Birləşmiş Ştatlarının (ABŞ) "İran neftini oğurlamağa cəhd etdiyini" irəli sürərək, neftin doldurulduğu tankeri ələ keçirdiklərini bildirdi. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi İran İnqilab Keşikçiləri Korpusunun iddiasının həqiqəti əks etdirmədiyini açıqladı. Vyetnam Xarici İşlər Nazirliyinin sözçüsünün müavini Pham Thu Han isə noyabrın 4-də verdiyi açıqlamada ələ keçirilən Vyetnam bayraqlı tankerlə bağlı İranla əlaqə saxlandığını və hadisənin yaxından izləndiyini bildirdi.



Әlaqәli Xәbәrlәr