Mustafa Əl-Kazemi: “Evimə hücum əmrini kimlərin verdiyini bilirik”

İraqın baş naziri Mustafa Əl-Kazemi evinə silahlı pilotsuz uçuş aparatlar (SİHA) ilə hücum edənlərin kim olduğunu bildiklərini qeyd edib.

1730570
Mustafa Əl-Kazemi: “Evimə hücum əmrini kimlərin verdiyini bilirik”

Baş nazir Kazemi bu barədə Bağdadda təşkil edilən Nazirlər Şurasının fövqəladə yığıncağında danışıb. O: “Cinayəti törədənlərin kim olduqlarını bilirik, onların izinə düşəcəyik və tezliklə ifşa edəcəyik”.

Qeyd edək ki, paytaxt Bağdadın Yaşıl Zona və bəzi digər məntəqələr ətrafında təhlükəsizlik tədbirləri artırılıb. Ərazidə hərbi texnikalar yerləşdirilib.

Dünən səhər saatlarında Bağdadın Yaşıl Bölgəsində Kaziminin yaşadığı evə “SİHA”-lar ilə hücum edilib. Hücumun İrana yaxın şiə milis qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal olunur.

 



Әlaqәli Xәbәrlәr