Nikos Dendias: “ Yunanıstan Türkiyə ilə dialoq istəyir”

Yunanıstanın xarici işlər naziri Nikos Dendias ölkəsinin Türkiyə və türk cəmiyyəti ilə konstruktiv dialoq istədiyini bildirib.

1729143
Nikos Dendias: “ Yunanıstan Türkiyə ilə dialoq istəyir”

Nikos Dendias Afinada səfərdə  olan  sloveniyalı həmkarı Anze Loqar ilə görüşdükdən sonra  təşkil olunan birgə mətbuat konfransında bu barədə  danışıb. Şərqi Aralıq dənizi və Türkiyədə  cərəyan edən  proseslər  başda olmaqla,Yunanıstan və Sloveniya münasibətlərinə  toxunan nazir Dendias, Yunanıstanın Türkiyə və Türk xalqına qarşı heç bir gizli niyyətinin olmadığını, türk cəmiyyəti ilə dialoq yaradmaq istədiklərini vurğulayıb. Türkiyə cəmiyyətinin böyük bir hissəsinin hələ də Avropaya inteqrasiya və fərqli bir prosesə dair ümidlərinin davam etdiyinə  inandığını  bildirib. Ölkəsinin konstruktiv mövqe tutduğunu iddia edən Dendias, Avropa İttifaqının, alyansa  üzv olmaq və ya yaxşı əlaqələr yaradmaq istəyən ölkələrə beynəlxalq hüquq və Avropa normlarına  hörmət göstərmələrinin  vacibliyi barədə konkret mesaj ünvanlamalı olduğunu  sözlərinə  əlavə  edib.  



Әlaqәli Xәbәrlәr