Ukraynanın müdafiə naziri istefa verib

Ukraynanın müdafiə naziri istefa ərizəsini Ali Radaya təqdim edib.

1728761
Ukraynanın müdafiə naziri istefa verib

TRT-nin xəbərinə görə bu barədə hökumətin Ukrayna parlamentindəki nümayəndəsi Taras Melnıçuk “Telegram” kanalına danışıb. O qeyd edib ki, nazir Andrey Taran istefa ərizəsini Ali Radaya təqdim edib.

Bildirilib ki, “Xalq qulluqçusu” fraksiyası müdafiə naziri postuna müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası məsələləri üzrə naziri Aleksey Reznikin namizədliyinin irəli sürülməsini dəstəkləyib.

Ukrayna mətbuatı isə prezident Vladimir Zelenskinin artıq Reznikovun namizədliyi ilə bağlı razılığa gəldiyini, 5-ə qədər nazirin dəyişdirilə biləcəyini irəli sürüb.

Dövlət başçısı bundan əvvəl hökumətdə kadr dəyişikliyi elan etsə də, konkret kimdən söhbətin getdiyini açıqlamayıb.



Әlaqәli Xәbәrlәr