Gürcüstanın Baş naziri Qaribaşvili: “Qafqaz buzlaqlarının 40 faizini itirib”

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Şotlandiyanın Qlazqo şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 26-cı İqlim Dəyişikliyi Konfransında (COP26) çıxış edib.

1727986
Gürcüstanın Baş naziri Qaribaşvili: “Qafqaz buzlaqlarının 40 faizini itirib”

Ölkəsi adından burada tədbirdə iştirakdan böyük məmnunluğunu ifadə edən Baş nazir İrakli Qaribaşvili iqlim dəyişikliyinin Gürcüstanın təbiətinə və ümumilikdə Qafqaz regionuna ciddi ziyan vurduğunu bildirib. O qeyd edib ki, gözəl dağları, buzlaqları və çayları ilə tanınan Qafqaz artıq buzlaqlarının 40 faizini itirib. Təkcə son iki onillikdə Gürcüstanın şərqində itkilərin sürəti 20-ci əsrin sonunda edilən təxminləri üstələyib”, deyə Baş nazir bildirib.

Qlobal təbii fəlakətlərin qarşısını almaq üçün bütün ölkələrin mümkün olan ən effektiv şəkildə mübarizə aparmalı olduğunu vurğulayan Qaribaşvili BMT Baş katibinin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Şuraya təqdim etdiyi son hesabata dəstəyinin tam olduğunu sözlərinə əlavə edib.

 

 



Әlaqәli Xәbәrlәr