Türkiyə ilə İran arasında təhlükəsizliyə dair əməkdaşlıq müqaviləsi imzalanıb

Daxili işlər naziri Süleyman Soylu ilə iranlı həmkarı Əhməd Vahidi arasında ikitərəfli və heyətlərarası görüşlərdən sonra anlaşma memorandumu imzalanıb.

1722899
Türkiyə ilə İran arasında təhlükəsizliyə dair əməkdaşlıq müqaviləsi imzalanıb

Türkiyə ilə İran arasında təhlükəsizliyə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

İranın paytaxtı Tehranda rəsmi səfərdə olan daxili işlər naziri Süleyman Soylu ilə həmkarı Əhməd Vahidi arasında ikitərəfli və heyətlərarası görüşlərdən sonra anlaşma memorandumu imzalanıb və birgə mətbuat konfransı keçirilib.

Nazir S. Soylu öz növbəsində deyib:

"PKK terror təşkilatı və bütün terror təşkilatları ilə mübarizədə ortaq bir iradə nümayiş etdiririk. Bir çox işçi qrupumuz var və bu, iki ölkənin tələblərini və dinamikasını ortaya qoymuşdur. Bu gün bir daha terrorla mübarizədə qətiyyətli olduğumuzu və birliyimizi təsdiq etdik".

Əfqanıstanda baş verən son hadisələrdən sonra qeyri-qanuni miqrasiyanın hərəkətlənməsinə qarşı illərdən bəridir ortaq davam etdirilən fəaliyyətləri və miqrasiya ilə mübarizəni bir daha müzakirə etdiklərini ifadə edən Soylu nazirliklər arasında müxtəlif sahələrdə əməkdaşlığı genişləndirəcək bir anlaşma memorandumu imzaladıqlarını söyləyib.

Əhməd Vahidi isə bildirib ki, Türkiyə və İran münasibətlərində iki ölkə xalqının mənafeyinə xidmət edəcək daha dərin bir yeni dövr başlayacağını bildirərək, "Sui -qəsdçilərin İranla Türkiyə arasındakı münasibətlərdə problemlər yaratmasına icazə verməyəcəyik" deyib.

Qeyd edək ki, imzalanan anlaşma memorandumu iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı artırmaq və inkişaf etdirmək məqsədi daşıyır. Memorandum iki ölkə, xüsusən sərhəd bölgələri ilə bağlı hər cür terror və qanunsuz əməllərin qarşısının alınmasını və bu istiqamətdə həyata keçirilən hər cür hüquq-mühafizə tədbirlərinin qarşılıqlı inkişafını nəzərdə tutur.



Әlaqәli Xәbәrlәr