Taliban hökumətinin xarici işlər nazirinin müavini Türkiyəyə yola düşüb

Əfqanıstandakı Taliban hökumətinin xarici işlər nazirinin müavini Əmirxan Muttaki danışıqlar aparmaq üzrə Türkiyəyə yola düşüb.

1719531
Taliban hökumətinin xarici işlər nazirinin müavini Türkiyəyə yola düşüb

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Muttakinin başçılıq etdiyi nümayəndə heyəti Qətərin paytaxtı Dohadakı təmaslarını tamamlayaraq Türkiyəyə yola düşüb. Günortadan sonra Türkiyəyə  çatması gözlənilən Muttaki  səfəri çərçivəsində bəzi Türk səlahiyyətlilər ilə görüşəcək. O dünən də Qətərdə qərbli diplomatlar ilə  bir araya gəlib. Görüş zamanı Əfqanıstan hökumətini zəiflətməyin heç kimin xeyrinə olmayacağını, belə bir  mövqeyi  yaratmağın mənfi təsirləri olacağını, bunun bütün dünyada təhlükəsizliyə, iqtisadiyyata və miqrasiyaya birbaşa təsir edəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr