Prezident V.Putin özünü təcrid edib

Rusiya Prezidenti Vladimir Putin koronavirusdan (Coid-19) qorunmaq üçün özünütəcrid rejiminə keçib.

1706135
Prezident V.Putin özünü təcrid edib

TRT-nin Kremldən yayılan  məlumata istinad etdiyi  xəbərinə görə,  prezident V.Putinin daimi ünsiyyətdə olduğu dövlət məmurları “Covıd-19” infeksiyasına yoluxublar. Ona görə də Rusiya Prezidenti özünütəcrid rejimində işləyəcək.

Qeyd edilir ki,  Rusiya Prezidenti Vladimir Putin ilə Tacikistanın dövlət başçısı Emoməli Rahmon arasında telefon danışığı olub.

V.Putin telefon danışığı zamanı Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Düşənbədə keçiriləcək Zirvə toplantılarına da qatılmayacağını bildirib. O əlavə edib ki, tədbirə videoformatda qoşulacaq.

 



Әlaqәli Xәbәrlәr