Kabil hava limanında təxliyə uçuşları yenidən başladı

Dünən Əfqanıstanın paytaxtı Kabildə Həmid Kərzai adına Beynəlxalq Hava Limanı bölgəsində törədilən terror aktlarından sonra Əfqanıstandakı xarici vətəndaşların və Əfqanıstan vətəndaşlarının təxliyəsi yenidən başlayıb.

1698501
Kabil hava limanında təxliyə uçuşları yenidən başladı

Kabil sakinlərinin sosial mediada paylaşdıqları məlumatlara görə bu gün səhərdən etibarən Kabil Hava Limanından bir neçə təyyarə havaya qalxıb.

Əfqanıstanda məhəlli televiziya kanalı Tolo Hava limanının qarşısında gözləyənlərin sayının artdığına dair görüntülər yayımlayıb.

Xatırladaq ki, dünən Təxliyə işlərinin davam etdiyi Kabul Həmid Kərzai Beynəlxalq Hava Limanına yaxın bölgədə iki ayrı partlayış törədildi. Amerika Birləşmiş Ştatları (ABŞ Prezidenti Co Bayren isə hücumu törədənlərdən qisas alınacağına and içdiyini, terror təşkilatı DEAŞ-ın törətdiyi ehtimal olunan hücumların 31 avqusta qədər davam edəbiləcəyini qeyd etdi.

BBC də yüksək səviyyəli bir səhiyyə işçisinə istinad etdiyi xəbərində dünən axşam radələrində törədilən partlayışda ən az 60 adamın öldüyünü və 140 nəfərin isə yaralandığını bildirərkən, ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) sözçüsü polkovnik Bill Urban, Kabil hava limanında törədilən terror aktında ölən ABŞ əsgərlərinin sayının 13 -ə, yaralananların sayının isə 18-ə yüksəldiyini açıqladı.

Adının açıqlanmasını istəyəmən bir Taliban lideri hadisələrdə 28 taliban üzvünün öldüyünü irəli sürdü.



Әlaqәli Xәbәrlәr