Livanda tonlarla dərman müsadirə edilib

Livanda ordu qüvvələrinin yanacaqdoldurma məntəqələrinə basqınından sonra Səhiyyə Nazirliyi apteklərə basqın edərək tonlarla dərman müsadirə edib.

1696288
Livanda tonlarla dərman müsadirə edilib

Məlumata görə Livan Səhiyyə Naziri Hamed Həsən, Daxili Təhlükəsizlik Qüvvələrinin müşayiəti ilə ölkənin mərkəzindəki Cedra və cənubdakı Əl-Akibiyyədəki anbarlara basqın verib.

Səhiyyə naziri Həsən, paytaxt Beyrutda keçirdiyi mətbuat konfransında bu barədə danışıb. Onun sözlərinə görə basqınlar nəticəsində müsadirə edilən dərmanlar arasında xroniki xəstəliklərin müalicəsində istifadə edilən antibiotiklər, yanıq müalicəsində istifadə edilən məlhəmlər və körpə qidaları var. Nazir Həsən qeyd edib ki, müsadirə edilən dərmanlar Səhiyyə Nazirliyinin nəzarətində xalqa satılacaq.

 


Etiketlәr: #dərman , #Livan

Әlaqәli Xәbәrlәr