ABŞ Kabil hava limanında hava əməliyyatlarını yenidən başladıb

Dünən Əfqanıstanın Kabil hava limanında yaşanan xaosdan sonra, əməliyyatlarını müvəqqəti olaraq dayandıran Amerikalı səlahiyyətlilər hadisələr nəzarət alındıqdan sonra hava əməliyyatlarını yenidən bərpa etdilər.

1692525
ABŞ Kabil hava limanında hava əməliyyatlarını yenidən başladıb

Adının hallanmasını istəməyən Pentaqon rəsmisi CNN televiziya kanalına bu barədə danışıb. Qeyd edib ki, Kabildəki Həmid Kərzai Hava Limanında əməliyyatlar yenidən başladılıb.

Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Departamentinin (Pentaqon) sözçüsü John Kirby də dünən Kabul Hava Limanında yaşanan xaotik görüntülərə görə ölkəsinin məsuliyyət daşımadığını ifadə edərək: “Təxliyə planı ilə əlaqəli lazımlı tədbirlər həyata keçirilib. Sahədəki 6 min qədər əsgərlə təxliyə planımız problemsiz həyata keçirildi. Ancaq bütün ehtimalları öncədən təxmin etmək mümkün deyil. Kabil Hava Limanında cərəyan edən hadisələrdən məsul deyilik”.

Amerikalı general-mayor Hank Taylor da Kabil hava limanında lazımi təhlükəsizlik tədbirlərin görüldüyünü, hava limanının hava əməliyyatları üçün yenidən açıldığını bildirib.



Әlaqәli Xәbәrlәr