Babda terror hücumunda 2 dinc vətəndaş həyatını itirib

Suriyanın şimalındakı Bab qəsəbəsində bölücü terror təşkilatı YPG/PKK-nın mülki avtomobilə və təcili yardım maşınına raketlə etdiyi hpücum nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

1686422
Babda terror hücumunda 2 dinc vətəndaş həyatını itirib

Suriyanın şimalındakı Bab qəsəbəsində bölücü terror təşkilatı YPG/PKK-nın mülki avtomobilə və təcili yardım maşınına raketlə etdiyi hücum nəticəsində  17 nəfər yaralanıb.

Bölücü terror təşkilatı YPG/PKK "Fərat qalxanı" əməliyyatı ilə terrordan təmizlənmiş Bab rayon mərkəzinə 5 dəqiqəlik fasilələrlə 10-dan çox raket hücumu həyata keçirib.

İlkin məlumatlara görə, mülki əhalinin sıx yaşadığı bölgələrə edilən hücumlar nəticəsində 17 nəfər yaralanıb.

"Fərat qalxanı" əməliyyatı bölgəsində varlığını davam etdirən YPG/PKK-nın işğal etdiyi bölgələrdən edilən hücumlar səbəbiylə rayonun bir çox yerinə maddi ziyan dəyib.

Bab rayon mərkəzindəki Mülki Müdafiə (Ağ dəbilqə) qrupları mülki əhalinin yaşadığı evlərdə baş verən yanğına müdaxilə edib.

Ölüm halları olacağı və yaralıların sayının artacağı istisna olunmur.

Terror təşkilatı YPG/PKK -nın mülki avtomobilə və təcili yardım maşınına təşkil etdiyi raket hücumlarında da 2 nəfər həyatını itirib, 2 nəfər yaralanıb.

Türkiyə Silahlı Qüvvələri hücuma cavab olaraq, haubitsalarla Babın cənub-qərbindəki terror təşkilatı YPG/PKK -nın mövqelərini hədəfə alıb.

Qeyd edək ki, Suriyanın şimalındakı Bab qəsəbəsi 2017-ci ilin fevral ayında Türkiyə Silahlı Qüvvələrinin təşkil etdiyi "Fərat Qalxanı" əməliyyatı çərçivəsində DAEŞ terror təşkilatından təmizlənib.



Әlaqәli Xәbәrlәr