Baş nazir Mustafa əl-Kazemiyə üç dəfə sui-qəsd təşkil edilib

İraq Baş naziri Mustafa əl-Kazemi vəzifəsində olduğu müddətd ərzində üç dəfə sui-qəsd cəhdinə məruz qaldığını bildirib.

1677357
Baş nazir Mustafa əl-Kazemiyə üç dəfə sui-qəsd təşkil edilib

2020-ci ilin May ayından bəri hökumət rəhbəri postunda olan Kazemi, Səudiyyə Ərəbistanının Əl Hadath televiziya kanalına müsahibəsində bu barədə danışıb. O qeyd edib ki, Baş nazirliyi dövründə məruz qaldığı üç sui-qəsd cəhdindən sağ xilas oldum. Sui-qəsdlərin nə vaxt və kim tərəfindən təşkil edildiyi barədə məlumat verməyən Baş nazir Kazemi bundan narahat olmadığını və heç kimdən qorxmadığını, hökumətin proqramı çərçivəsində fəaliyyətini əzmlə davam etdirəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr