Pakistanda partlayış, onlarla ölü

Pakistanın Xyber Paxtunxva əyalətində bir avtobusun yaxınlığında baş verən partlayışda 2 əsgər və 4 xarici ölkə vətəndaşı olmaqla 10 nəfər həyatını itirib.

1675008
Pakistanda partlayış, onlarla ölü

TRT-nin yerli mətbuata istinad etdiyi xəbərə görə partlayış Yuxarı Kohistan bölgəsində inşası davam edən Dasu səddinin  işçilərini daşıyan avtobusun yaxınlığında  törədilib. İlkin məlumatlara görə, partlayış nəticəsində 2 əsgər və 4 xarici ölkə vətəndaşı olmaqla 10 nəfər həyatını itirib, 39 nəfər yaralanıb.

 Hadisədə həyatını itirən əcnəbilərin bəndin inşasında çalışan Çin mühəndislər olub. Partlayışla əlaqədar istintaq başladılıb.



Әlaqәli Xәbәrlәr