İraqda xəstəxanada yanğın, ölənlərin sayı artmaqda davam edir

İraqda yeni növ koronavirusa yoluxmuş xəstələrinin müalicə olunduğu xəstəxanada baş verən yanğın nəticəsində 90 nəfər həyatını itirib.(YENİLƏNİB)

1674271
İraqda xəstəxanada yanğın, ölənlərin sayı artmaqda davam edir

İraqda yeni növ koronavirusa yoluxmuş xəstələrinin müalicə olunduğu xəstəxanada baş verən yanğın nəticəsində 90 nəfər həyatını itirib. 

Bu baradə İraq Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda yanğının ölkənin cənubundakı Zikar vilayətində baş verdiyi bildirilib. 

Məlumata əsasən, yanğına  xəstələri oksigenlə təchiz edən balonun partlaması səbəb olub. 

Mülki müdafiə dəstələri isə yağının nəzarət altına alındığını açıqlayıb. 



Әlaqәli Xәbәrlәr