Mahmud Abbas Türkiyədə görüşlər keçirəcək

Fələstin Dövlət Başçısı Mahmud Abbas Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti üzrə Türkiyəyə gəlir.

1672436
Mahmud Abbas Türkiyədə görüşlər keçirəcək

Fələstin Dövlət Başçısı Mahmud Abbas Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti üzrə Türkiyəyə gəlir.

Prezident administrasiyasının ictimaiyyətlə əlaqələridarəsindən yayılan məlumata görə Mahmud Abbas 9-11 iyul tarixlərində Türkiyədə səfərdə olacaq. Qonaq prezidentin səfəri zamanı baş tutacaq danışıqlarda ikitərəfli münasibətlər, başda olmaqla Türkiyə ilə dost və qardaş Fələstin Dövləti arasında əməkdaşlığı gücləndirmək üçün atılası addımlar müzakirə ediləcək. Fələstindəki humanitar vəziyyət və İsrail-Fələstin münaqişəsi ilə bağlı cərəyan edən proseslər gündəmə daxil ediləcək. Fələstində keçirilməsi planlaşdırılan seçkilərə dair fikir mübadiləsi aparılacaq.



Әlaqәli Xәbәrlәr