"Türkiyə ilə əlaqələr bizim üçün əhəmiyyət kəsb edir", D. Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət televiziyası "Rossiya-1" telekanalına açıqlama verib.

1669684
"Türkiyə ilə əlaqələr bizim üçün əhəmiyyət kəsb edir", D. Peskov

"Türkiyə ilə əlaqələr "çox vacib"dir və bölgənin sabitliyini təmin edir".

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət televiziyası "Rossiya-1" telekanalına verdiyi açıqlamada deyib.
Peskov Türkiyənin NATO üzvü olduğunu xatırladaraq, "Türkiyə ilə münasibətlərimiz NATO üzvləri ilə bir tərəfdaşlıq qurmağın mümkünlüyü və zəruriliyinin bir nümunəsidir" ifadəsindən istifadə edib.

Peskov Rusiyanın NATO ilə oturub danışa biləcəyini də bildirrərək, "Çünki yalnız dialoq içində narahatlıqlarınızı qarşı tərəfə düzgün şəkildə çatdıra bilərsiniz" deyib.
Münasibətləri yenidən başlatmaq cəhdlərinə baxmayaraq, "ultimatum" ilə onlara müəyyən mövzuları qəbul etdirməyə cəhd edildiyini ifadə edən Peskov qarşı tərəfin bu hərəkətlərinin dialoqu qeyri-mümkün hala gətirdiyini vurğulayıb.

Alyansın qarşıdurma hərəkətləri xaricində digər funksiyalara yönəlmədiyini müdafiə edən Peskov bu təşəbbüslərin qitəni sabitləşdirdiyini xatırlatıb və buna baxmayaraq Rusiyanın NATO ilə konstruktiv əlaqələr qurmaqda maraqlı olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr