Livanda yanacaq böhranı qarşıdurmalara səbəb olur

Livanın cənubunda yerləşən Nabatiye şəhərinin Deyr əz-Zehrani rayonunda yanacaq doldurma məntəqəsində yanacaq almağa çalışan vətəndaşlar arasında qarşıdurma baş verib.

1668068
Livanda yanacaq böhranı qarşıdurmalara səbəb olur

Livanda həftələrdir yanacaq doldurma məntəqələrində növbələrin yaranmasına səbəb olan benzin böhranı bu dəfə vətəndaylar arasında qarşıdurmalara səbəb oldu. Deyr əz-Zehrani-də, yanacaq doldurma məntəqəsində yanacaq almaq üçün toplaşanlar arasında yaranan mübahisə bıçaqlı döyüşə çevrilib. Hadisə nəticəsində 12 nəfər yaralanıb.

Son 30 ilin ən ciddi iqtisadi böhranının hökm sürdüyü ölkədə dövlət gündəlik islehlak edilən 12 milyon litr yanacağa Mərkəzi Bank vasitəsi 85% subsidiya verir. Ölkədə həftələrdir davam edən benzin böhranı səbəbindən yanacaq doldurma məntəqələrinin əksəriyyəti bağlanarkən, açık olan stansiyaların qarşısında uzun növbələr yaranmağa davam edir.

Livan Enerji Naziri Rimun Qacarın məlumatına görə qiymət fərqi səbəbindin benzinin qanunsuz olaraq Suriyaya aparıldığına diqqət çəkərkən, İqtisadiyatçılar Mərkəzi Bankın subsidiyalarının davam etdiyi müddətdə Livan-Suriya sərhədində yanacaq qaçaqmalçılığının dayandırılmasının mümkün olmayacağını deyirlər.

 



Әlaqәli Xәbәrlәr