Abdullah Abdullah ölkəsinin gələcəyinin təhlükədə olduğunu bildirib

Əfqanıstan Milli Barışıq Ali Şurasının sədri Abdullah Abdullah, ölkənin gələcəyinin təhlükədə olduğuna diqqət çəkib və siyasətçiləri birlikdə hərəkət etməyə çağırıb.

1668083
Abdullah Abdullah ölkəsinin gələcəyinin təhlükədə olduğunu bildirib

Abdullah Abdullah, paytaxt Kabildə Milli Barışıq Ali Şurasının Liderlik Komitəsi yığıncağında etdiyi çıxışında bu barədə danışıb. O, xarici qüvvəlirin ölkədən çıxmaları nəticəsində şiddətin artdığını və ölkənin gələcəyinin təhlükədə olduğunu qeyd edib. Siyasətçiləri həmriylik çərçivəsində addım atmağa çağırıb. Talibanın danışıqlar aparmaq əvəzinə müharibəni seçdiyini ifadə edən Abdullah, Talibanın sülh niyyətinə həmişə şüphə ilə yanaşdığını, lakin hücumlarını artırması ilə bu şüphələrinin daha da artdığını, tək tərəfli sülh səylərindən nəticə əldə edilməyəcəyini bildirib.

Müzakirə qrupunun Qətərin paytaxtı Dohada olduğunu xatırladan Abdullah əsas məqsədin problemləri danışıqlar yolu ilə həll etmək olduğunu sözlərinə əlvə edib.

Qeyd edək ki, Əfqanıstanda sülh prosesi qeyri-müəyyən olaraq qalsa da, hücumlar davam edir. Son 2 ayda Taliban silahlılarının nəzarətinə keçən qəsəbə sayı 45-ə çatıb.

Birləşmiş Millətlər Təşkilatının (BM) hazırladığı hesabata görə Taliban şəhər mərkəzləri istisna olmaqla ölkə ərazisinin 50%-70%-nə nəzarət edir.



Әlaqәli Xәbәrlәr