Prezident Həsən Ruhani ABŞ-a çağırış edib

İran Prezidenti Həsən Ruhani Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Co Baydenı nüvə razılaşmasını dərhal həyata keçirməyə çağırıb.

1667403
Prezident Həsən Ruhani ABŞ-a çağırış edib

Ruhani, paytaxt Tehranda keçirilən Nazirlər Kabineti iclasından sonra jurnalistlərə verdiyi açıqlamada nüvə razılaşması və ABŞ-ın bununla əlaqəli mövqeyi barədə danışıb, Baydeni müqaviləni sürətlə həyata keçirməyə çağırıb. Ruhani: “Prezident Bayden nüvə razılaşmasının həyata keçirilməsinə biganə qalsa, seçkilərdə ABŞ xalqının verdiyi səs və dəstəyə xəyanət etmiş olar. Çünki Amerika xalqı ona sanksiyaları ləğv etmək və qanunsuzluqlara son qoyulması üçün səlahiyyət verdi. Bayden seçki kompaniyaları dövründə xalqa müraciətlərində nüvə razılaşmasını qəbul etdiyini və seçildikdən sonra yenidən həyata keçiriləcəyini dəfələrlə səsləndirdi. İndi bu sözlərinə ələm etməlidir. Nüvə razılaşmasına fəallıq qazandırmaq üçün həm ABŞ həm də İran Lazımlı addımları dərhal atmalıdır. Rəsmi Tehranın nüvə silah və kütləvi qırğın silahlar əldə etmə fikri heç vaxt olmadı və olmayacaq. Əks iddalar məsnədsizdir”-deyə Ruhani vurğulayıb.



Әlaqәli Xәbәrlәr