“105 min Rusiya əsgərindən yalnız 11 mini geri dönüb”, V.Zelenski

Ukrayna Prezident Aparatından verilən məlumata görə...

1654666
“105 min Rusiya əsgərindən yalnız 11 mini geri dönüb”, V.Zelenski

 

  Ukrayna prezidenti Vladimir Zelenski sərhədlərindəki 105 min Rusiya əsgərindən yalnız 11 mininin geri çəkildiyini söylədi.

  Ukrayna Prezident Aparatından verilən məlumata görə, V. Zelenski Kanadanın baş naziri Castin Trüdo (Justin Trudeau) ilə telefonda danışıb.

  Zelenski və Trüdo söhbət zamanı G-7 və NATO zirvə toplantılarndan əvvəli gündəm mövzuları ilə bağlı fikir mübadiləsi aparıblar.

  Trüdoya Donbasdakı vəziyyətlə bağlı məlumat verən Zelenski deyib: “Rusiyanın Ukrayna sərhədlərindən geri çəkdiyi əsgər sayı qeyri-kafidir. 105 min Rusiya əsgərindən yalnız 11 mini geri dönüb. Həll üçün Rusiyaya beynəlxalq təzyiq tətbiq olunmalıdır”.

  Kanadanın baş naziri Zelenskiyə Ukraynanın torpaq bütövlüyü və suverenliyinə olan sarsılmaz dəstəyini bildirib.



Әlaqәli Xәbәrlәr