Taliban daha bir qəsəbəyə nəzarəti ələ keçirib

Əfqanıstanın şimalında yerləşən Faryab vilayətinin Dövlət Abad qəsəbəsinə nəzarət talibana  keçib.

1653860
Taliban daha bir qəsəbəyə nəzarəti ələ keçirib

Faryab Vilayət Şurası rəhbəri Abdul Mennan Kati bu barədə açıqlama verib. Qeyd edib ki, taliban silahlılar iki gündən bəri  hücum təşkil etdikləri Dövlət Abad qəsəbəsinə nəzarəti bu gün səhər  ələ keçiriblər. Katinin sözlərinə görə, hücumların başladığı  gündən bəri  qəsəbə valiliyindəki 30 təhlükəsizlik işçisi ilə  əlaqə yaradıla bilmir.

Faryab Vilayət Şurasının səlahiyyətlilərindən Abdul Əhəd İlbək də  hücumda 2 təhlükəsizlik işçisinin həyatını itirdiyini bildirib.

Qeyd edək ki, taliban silahlılar May ayından bəri 8 qəsəbəyə nəzarəti ələ keçiriblər.  



Әlaqәli Xәbәrlәr