İranda keçirilәcәk prezident seçkilәrindә 7 namizәd yarışacaq

İyunun 18-də İranda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək üçün qeydiyyatdan keçәn 592 nəfərdәn yalnız 7 namizədin iştirak etməsinə icazə verildi.

1645271
İranda keçirilәcәk prezident seçkilәrindә 7 namizәd yarışacaq

İran rəsmi agentliyi İRNA-nın məlumata görə, Konstitusiya Protektorları Şurasının Mətbuat Katibi Abbas Əli Kedxodayi bu barәdә açıqlama verib. Qeyd edib ki, Prezident seçkilərində iştirak üçün namizәdliklәrini irәli sürәn 592 nәfәrdәn yalnız 7-nin namizədliyi Şura tərəfindən təsdiqlənib.

Kedhodayinin sözlirinә görә seçkilərdə namizəd olmaq istəyənlərin siyasi, əxlaqi və dini cinayət qeydlərini araşdıran Şura namizәdliklәri tәsdiqlәnәnlәri Daxili İşlər Nazirliyinə bildirilәcәk, nazirlik isә adları ictimaiyyәtlә paylaşacaq.

Kedhodayi namizədliyi təsdiqlənmiş adları açıqlamasa da, yarı rəsmi Fars Xəbər Agentliyi, Mühafizəkar kimliyi ilә tanınan Məhkəmə Başçısı İbrahim Rәisi, keçmiş İnqilab Korpuzu Ordusu Baş Komandanı Muhsin Rızai, Ali Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi və Nüvə Başmüzakereci Səid Cəlili, Millәt vәkili Əmir Hüseyin Kadızadə Haşimi və keçmiş Vəkil Əli Rıza Zakaninin namizədliklәrinin qәbul edildiyini bildirib.

İslahatçı kimliyi ilə tanınan keçmiş vitse-prezident və İsfahanın keçmiş valisi Muhsin Mihralizade və Mərkəzi Bankının Başçısı Abdunnasır Himmetinin namizədliklәri dә tәsdiqlәnib.

Agentlik hәmçinin bildirib ki, keçmiş prezident Mahmud Əhmədinejad, keçmiş parlament sədri Əli Laricani və vitse-prezident İshak Cihangirinin namizədliyinә veto qoyulub.

 



Әlaqәli Xәbәrlәr