Cerablus qəsəbəsində törədilən terror aktında 3 dinc vətəndaş ölüb

Suriyanın şimalındakı Cerablus qəsəbəsində bir motosikletə qoyulmuş bombanın partlaması nəticəsində üç mülki həyatını itirib.

1644778
Cerablus qəsəbəsində törədilən terror aktında 3 dinc vətəndaş ölüb

"Fərat qalxanı" əməliyyatı ilə terrordan təmizlənən Suriyanın şimalındakı Cerablus qəsəbəsində bir motosikletə qoyulmuş bombanın partlaması nəticəsində üç mülki həyatını itirib.

Qəsəbə mərkəzində həyata keçirilən hücum anı təhlükəsizlik kamerası tərəfindən qeyd edilib.

Hadisə yerini araşdıran yerli təhlükəsizlik qüvvələri hücumun terror təşkilatı PKK/YPG tərəfindən həyata keçirildiyi ehtimalı üzərində dayanır.

Tel Rifat və Münbic bölgələrində işğalını davam etdirən PKK/YPG, Bab, Azəz, Cerablus və Afrin bölgələrini hədəf alaraq tez-tez terror aktları təşkil edir.



Әlaqәli Xәbәrlәr