Fələstin Azadlıq Təşkilatı İsrailə  xəbərdarlıq edib

Fələstin Azadlıq Təşkilatı Qüds Ofisinin rəsmisi Adnan əl-Hüseyni Yəhudi məskunlaşanların işğal olunmuş Qüdsdə yürüş təşkil etmələri halında mövcud  gərginliyin  daha da tarıma  çəkiləcəyi  ehtimalına  qarşı  İsrailə  xəbərdarlıq  edib.

1637262
Fələstin Azadlıq Təşkilatı İsrailə  xəbərdarlıq edib

Hüseyni açıqlamasında  qeyd  edib  ki,  “ Yəhudi sakinlərin gözlənilən yürüşü təxribat xarakterli olacaq və bu da mütləq qarşıdurmaya səbəb olacaq.

İşğalçı qüvvələr tərəfindən Əl-Əqsaya  yönilik geniş miqyaslı hücumların, Əqsaya daha geniş basqına hazırlaşmaq üçün ekstremist Yəhudi təşkilatlar ilə əməkdaşlıq  çərçivəsində   tərtiblindiyini ifadə  edən  Hüseyni, işğal olunmuş Qüdsü qorumaq üçün daha çox tədbirlər  həyata  keçirilməyə və diqqətə   zərurət  olduğunu   vurğulayıb.   

 



Әlaqәli Xәbәrlәr