"TİKA" Əfqanıstanda 600 ailəyə qida payladı

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən Ramazan proqramı çərçivəsində Əfqanıstanda ehtiyacı olan 600 ailəyə qida paketləri paylandı.

1635166
"TİKA"  Əfqanıstanda 600 ailəyə qida payladı
tika afganistan.jpg
tika afganistan.jpg
tika afganistan.jpg

Qida  yardım  paketlərinin  paylanması münasibəti ilə Mezar-ı Şerifin Andhoy  qəsəbəsində   təşkil  edilən   mərasimə rayon  təhlükəsizlik Müdiri Həbibullah Sədat, Vilayət Şurası  nümayəndəsi  Enisə Tehyenç, inkişaf məclisi başçıları və Andhoy qəsəbəsinin  Baş məmuru Sultan Səncər  qatılıb.

Mərasimdə çıxış edən rayon Baş məmuru Səncər göstərdikləri dəstəyə görə Türkiyəyə, Türk  xalqına və "TİKA"-ya minnətdarlığını bildirib.

Qeyd  edək  ki, "TİKA" Ramazan ayında ölkənin şimalındakı 9 vilayətə  yardım  çatdırıb.


Etiketlәr: #Əfqanıstan , #TİKA

Әlaqәli Xәbәrlәr