Kərkükdə neft quyularına hücum təşkil edilib

İraqın Kərkük şəhirinin şimal-qərbində yerləşən Bay Həsən ərazisindi neft quyularına hücum təşkil edilib.

1634397
Kərkükdə neft quyularına hücum təşkil edilib

Kərkük Polis İdarəsinin sözçüsü Amir Nuri hadisə ilə əlaqəli açıqlamasında onlarla neft quyusunun yerləşdiyi şəhərin şimal-qərbindəki Bay Həsən bölgəsində 177 və 183 nömrəli quyulara hücum təşkil edildiyini bildirib.

Nuri terror təşkilatı DEAŞ tərəfindən həyata keçirilən hücum nəticəsində bir polis işçisinin həyatını itirdiyini 2 polisin isə yaralandığını, hadisədən sonra hər iki quyuda baş verən yanğının qısa müddətdə nəzarətə alınaraq söndürüldüyünü, ərazidə əməliyyat başladıldığını qeyd edib.

Terror təşkilatı DEAŞ 2014-cü ilin iyun ayında İraqın Mosul, Səlahəddin və Enbar vilayətlərinin bütövünə, Diyala və Kərkük vilayətlərinin isə bir hissəsinə nəzarəti ələ keçirsə də, terrora qarşı mübarizə qüvvələri qarşısında daha çox müqavimət göstərə bilmədi və bu ərazilərə nəzarəti itirdi.



Әlaqәli Xәbәrlәr