Avropa İttifaqından İsrailə çağırış

Avropa İttifaqı (AB) İsrailin Şərqi Qüdsdə seçkilərə icazə verməməsi səbəbiylə Fələstində seçkilərin təxirə salınması qərarından sonra İsrail-ə çağırış edib ki, Şərqi Qüds daxil olmaqla Fələstində seçkilərin keçirilməsinə imkan yaratsın.

1631395
Avropa İttifaqından İsrailə çağırış

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell mövzu ilə əlaqəli açıqlamasında 22 Mayda Fələstində keçirilməsi planlaşdırılan seçkilərin təxirə salınmasından məyus olduqlarını qeyd edib. Seçkilərin keçirilməsi üçün qısa müddətdə yeni bir tarix müəyyənləşdirməyin əhəmiyyətinə işarə edən nümayəndə alyansın belə həssas bir dövrdə bütün tərəfləri sakit və təmkinli olmağa çağırdığını vurğulayıb.

Qeyd edək ki, Fələstin Dövlət Başçısı Mahmud Abbas, 15 ildən sonra işğal və blokada altında olan Fələstin ərazilərində seçki keçirilməsini nəzərdə tutan fərmanı 15 yanvarda imzaladı.

Prezidenhtin imzaladığı sərəncama görə 22 mayda parlament, 31 iyul tarixində isə prezident və 31 avqustda isə Fələstin Milli Şurasına seçkilər keçirilməli idi. Lakin Mahmud Abbas, İsrail tərəfindən seçkilərə icazə verilmədiyini səbəb göstərərək işğal altındakı Şərqi Qüdsdə parlamentə seçkilər keçirməyəcəklərini açıqladı.



Әlaqәli Xәbәrlәr