Rusiya donanması Kerç boğazı yaxınlığında hərbi təlim keçirir

Rusiya Müdafiə Nazirliyindən yayılan açıqlamaya görə Cənubi Hərbi Bölgə qoşunları və hava-desant qoşunları tərəfindən həyata keçirilən hərbi təlim Krımdakı Kerç boğazının girişinə yaxın bölgədə yerləşən Opuk poliqonunda davam edir.

1626274
Rusiya donanması Kerç boğazı yaxınlığında hərbi təlim keçirir

Nazirliyin açıqlamasında bildirilib ki, əsas mərhələsinə start verilən təlim çərçivəsində Rusiya donanmasına məxsus gəmilər dənizə çıxıblar.

Təlimdə, ümumi qoşunlar, hava və kosmik qüvvələr, hava hücumundan müdafiə sistemləri, döyüş gəmiləri, Qara dəniz donanmasının bəzi sahil mühafizə qüvvələri, Xəzər dəniz donanmasının bəzi hissələri və hava-desant qoşunları iştirak edir.



Әlaqәli Xәbәrlәr