Rusiya donanması Qara dənizdə hərbi təlimlər keçirir

ABŞ 2 döyüş gəmisini Qara dənizə istiqamətləndirmək üçün bölgəyə göndərdiyini bildirib

1621570
Rusiya donanması Qara dənizdə hərbi təlimlər keçirir

 

  Rusiya donanması bölgəyə Amerika Birləşmiş Ştatlarına aid döyüş gəmiləri gəlmədən Qara dənizdə hərbi təlimlərə başladı.

  Manevrdə Rusiyanın Krımdakı Qara dəniz Donanması gəmiləri ilə yanaşı vertolyot və təyyarələri də iştirak edir.

  Hərbi təlimlərdə yerdəki və havadakı hədəflərə atəş sınaqları icra olunur.

  ABŞ 2 döyüş gəmisini Qara dənizə istiqamətləndirmək üçün bölgəyə göndərdiyini bildirib. Sözügedən addım Rusiyanın Ukrayna sərhədinə hərbi birliklərini sövq etdikdən sonra atılıb. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın döyüş gəmilərini Qaradənizə göndərməsini "təxribat" adlandırıb.



Әlaqәli Xәbәrlәr