Prezident Həsən Ruhani: “İran istərsə uranı 90% zənginləşdirə bilər”

İran Prezidenti Həsən Ruhani, uranı 90% zənginləşdirə biləcək texnologiyaya sahib olmalarına baxmayaraq nüvə silah əldə etmək fikrində olmadıqlarını bildirib.

1621973
Prezident Həsən Ruhani: “İran istərsə uranı 90% zənginləşdirə bilər”

Prezident Həsən Ruhani video konfrans vasitəsi ilə ölkənin müxtəlif bölgələrində neft-kimya layihələrinin açılış mərasiminə qatılıb. Preziden tədbirlərdəki çıxışlarında ABŞ və Avropa İttifaqının ölkəsinin uranı 60% zənginləşmə fəaliyyətlərindən narahat olduqlarını ifadə etdikləri açıqlamalarına münasibət bildirib. Qeyd edib ki, daha əvvəllər də 60% təmiz uran istehsal edə bilərdik. Bəziləri bu fəaliyyətlərimizdən narahat olduqlarını hər fürsətdə səsləndirməkdə davam edirlər. Lakin bu idrak edilməlidir ki, İran 90% təmiz uran istehsal edə biləcək texnologiyaya malikdir. Bəs təşviş duyulacaq bir şey yoxdur. Çünkü biz verdiyimiz sözlərə sadiq qalaraq nüvə silah əldə etməyə çalışmırıq. Belə bir planımız yoxdur. Tərəflərin nüvə müqaviləsindəki öhdəliklərə əməl etmələri halında uranı 3,67% nisbətində zənginləşdirməyə davam edəcəyik.

 



Әlaqәli Xәbәrlәr