İran və ABŞ arasında məhkum dəyişməsi danışıqları gedir

İranın “Tesnim” xəbər agentliyinin məlumatına görə...

1619079
İran və ABŞ arasında məhkum dəyişməsi danışıqları gedir

 

  İran hökuməti Amerika Birləşmiş Ştatları ilə məhkum dəyişməsi mövzusunun vasitəçilər üzərindən danışıldığını bildirib.

  İranın “Tesnim” xəbər agentliyinin məlumatına görə, ABŞ həbsxanalarındakı iranlı məhkumların azad edilməsi üçün çalışdıqları ilə bağlı ölkənin Prezident Aparatı məsulu Mahmud Vaezi deyib: “ABŞ və digər ölkələrdəki iranlı məhkumların sərbəst buraxılması vasitəçilər yolu ilə danışılır. Amerika ilə məhkum dəyişməsinə çoxdandır hazırıq”.

  Qeyd edək ki, rəsmi Vaşinqtonun İrana qarşı təzyiqləri nəticəsində ölkə xaricində bir çox İran vətəndaşı həbs olunub.



Әlaqәli Xәbәrlәr