Pentaqon ABŞ əsgərlərinin İraqdan çıxarılma təqviminə dair razılığın olmadığını bildirdi

Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi İraqdakı ABŞ əsgərlərinin çıxarılma təqviminə dair razılığın olmadığını söyləyib.

1617092
Pentaqon ABŞ əsgərlərinin İraqdan çıxarılma təqviminə dair razılığın olmadığını bildirdi

Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi İraqdakı ABŞ əsgərlərinin çıxarılma təqviminə dair razılığın olmadığını söyləyib.

ABŞ dövlət katibi Entoni Blinken ilə İraqın xarici işlər naziri Fuad Hüseynin rəhbərliyi altında iki ölkənin nümayəndə heyətlərinin qatıldığı dialoq danışıqlarının üçüncü turunun nəticəsində verilmiş ortaq açıqlama mübahisələrə səbəb oldu.

Gündəlik mətbuat konfransında sualları cavablandıran Kirbi ortaq açıqlamada yer alan "ABŞ əsgərlərinin İraqdan çıxarılma prosesinin davam etməsi barədə razılıq əldə edildi" ifadəsinin əslində əsgərlərin ölkədən çıxmağa  başlayacağı mənasını daşımadığını irəli sürüb.

Kirbi "Bəyanatda bildirilir ki, iki tərəfin əsgərlərin İraqdan son çıxma qərarında bəzi əlavə texniki danışıqların aparılmasına qərar verildi" deyib.

ABŞ-ın İraqda Bağdad rəhbərliyinin təsdiq və dəvəti ilə İraqda olduğunu ifadə edən Kirbi terror təşkilatı DEAŞ-a qarşı başlatılan missiyanın İraqda daimi bir ABŞ hərbi mövcudluğuna əsaslanmadığını və rəhbərliyin uzun müddətdir İraqdan bir gün amerikalı əsgərlərin çıxacağını danışdığını söyləyib.

İki tərəfin də ABŞ-ın ölkədəki mövcudluğunun əhəmiyyəti barədə razılığa gəldiklərini iddia edən Kirbi "Açıqlamada gördükləriniz də əslində İraqla tərəfdaşlığımızın DEAŞ-a qarşı davam edən missiyamızın əhəmiyyətinə və nəticədə düzgün geri çəkilmə üçün uyğun vaxt haqqında danışmaq istəyəcəyimizə dair bir vurğudur" ifadəsindən istifadə edib.



Әlaqәli Xәbәrlәr