“Co Bayden Trampın yolu ilə gedir”, M.C.Zərif

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin (Joe Biden) sabiq başçı Donald Trampun siyasətini yürütdüyünü bildirərək deyib...

1612752
“Co Bayden Trampın yolu ilə gedir”, M.C.Zərif

 

  İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin (Joe Biden) sabiq başçı Donald Trampun siyasətini yürütdüyünü bildirib.

  “Clubhouse” sosial şəbəkəsindən ABŞ-ın hər iki tərəfin eyni zamanda addım atması təklifini qəbul etməyəcəklərini vurğulayan M.C.Zərif deyib: “Amerikalılar 4 illik tarixi silə bilməzlər. Amma Bayden Trampın siyasətini izləyir. Trampun etdiyi, Baydenin etmədiyi heç bir şey yoxdur. Eyni təzyiqlər İrana tətbiqə davam edir. Halbuki ABŞ öhdəliklərini yerinə yetirməlidir.

  İran Çinlə 25 illik Əhatəli Əməkdaşlıq Müqaviləsi imzaladı, bir yol xəritəsi haırladı, amma tərəflər bir-birinin qarşısına şərtlər qoymadı.

  Çin gələcəkdə dünyanın böyük bir gücü olacaq. İranın da bu dövlətlə yaxşı əlaqələri olmalıdır. Bunun digər ölkələrlə münasibətləri inkişaf etdirməyə maneəsi yoxdur.  

  Almaniya və ya başqa Qərb ölkəsi də istəyərsə, 25 illik əməkdaşlıq müqaviləsi imzalaya bilərik”.



Әlaqәli Xәbәrlәr