Hindistanda “rəng festivalı” faciəyə çevrildi

Hindistanda koronavirus (Kovid-19) əleyhinə bir sıra tədbirlər və məhdudiylyətlərə baxmayaraq qeyd olunan “Holi” festivalında sıxlıq səbəbiylə 41 nəfər həyatını itirib.

1612117
Hindistanda “rəng festivalı” faciəyə çevrildi

Hindustan Times qəzetinin məlumatına görə Bihar ştatında “Holi” festivalı zamanı iki sutka ərzində baş vermiş qəzalar və şiddət hadisələrində 3-ü uşaq olmaqla 41 nəfər ölüb, 38 nəfər yaralanıb.

Qeyd edək ki, Hindistanda xalq bir çox əyalətdə Kovid-19 tədbirlərinə baxmayaraq ənənəvi bahar festivalı “Holi”-ni qeyd etmək üçün küçələrə axışıb. Hindular arasında yaxşılığın şər üzərində qələbəsini təmsil edən “Holi” şənlikləri eyni zamanda qışın bitməsini və baharın başlanğıcını müjdələyir. Hindular “Holi” festivalının ərəfəsində tonqal yandıraraq müxtəlif dini ayinlər icra edirlər. Festival günü isə bir-birlərini isladırlar və rəngli tozlar atırlar. Bu səbəbdən “Holi” bir çox ölkədə "rəng festivalı" kimi tanınır.

 



Әlaqәli Xәbәrlәr