İran ABŞ-ın sanksiyaları səbəbindən ixrac etdiyi təbii qazın pulunu ala bilmir

İraq, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Tehrana tətbiq etdiyi embarqolara görə İrandan elektrik istehsalı üçün idxal etdiyi 2.6 milyard dollarlıq təbii qaz borcunu ödəyə bilmədiyini bildirdi.

1611304
İran ABŞ-ın sanksiyaları səbəbindən ixrac etdiyi təbii qazın pulunu ala bilmir

İraq Elektrik Nazirliyinin sözçüsü Əhməd əl-İbadi ölkəsin yarı rəsmi qəzeti əs-Sabah-a müsahibəsində elektrik enerjisi istehsalı üçün İrandan idxal etdikləri təbii qaz və yığılmış borclar barədə danışıb.

İbadi: “ölkəmizin elektrik enerjisi ehtiyacını təmin etmək məqsədi ilə İrandan idxal etdiyimiz təbii qaz borcumuzu, 2018-ci ildən bəridir ABŞ-ın İrana tətbiq etdiyi embarqolar səbəbindən ödəyə bilmirik. Hazırda qonşumuza 2,6 milyard dollar borcumuz var. ancaq Bağdaddan Tehrana pul köçürmək mümkün deyil. İran isə bu vəziyyət qarşısında təbii qaz ixracını dayandırmaq istəyir. Gündəlik 50 milyon kubmetr olan təbii qaz ixracını hazırda 22 milyon kubmetrə endirib.

 Qeyd  edək  ki, ABŞ-ın keçmiş  prezidenti Donald Tramp 2018-ci ildə İranla nüvə anlaşmasından   təktərəfli çıxdı və Tehrana embarqo tətbiqinə  başladı. Ancaq İraqa elektrik enerjisinə olan ehtiyacını təmin edəbilməsi üçün qonşusu İrandan təbii qaz idxalına icazə verdi və embarqolardan qismən azad etdi.



Әlaqәli Xәbәrlәr