İmran Xan: “Sülhün bərpası üçün ilk addımı Hindistan atmalıdır”

Hindistan əlaqələrin normallaşdırılması uğrunda atdığımız addımlara biganə qalır. Bunu Pakistan Baş naziri İmran Xan deyib.

1603048
İmran Xan: “Sülhün bərpası üçün ilk addımı Hindistan atmalıdır”

Baş nazir İmran Xan Milli Təhlükəsizlik Departamentinin başçılığı ilə təşkil edilən “İslamabad Təhlükəsizlik Dialoqu” yığıncağının açılış iclasında çıxış edib. Baş nazir hökumətinin vəzifəyə başladığı gündən bəri Hindistanla əlaqələri inkişaf etdirmək üçün lazımlı addımları atdığını lakin Hindistanın buna biganə qaldığına diqqət çəkib. Hindistan sülh yolunda ilk addımı atmalıdır deyən Xan hər iki ölkənin inkişafı üçün sülhün bərpasına zərurət olduğunu söyləyib və Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının qərarları çərçivəsində Kəşmirlilərə öz müqəddəratlarını təyin etmə hüququnun verilməsini ümid etdiyini, bunun həm Hindistanın, həm də Pakistanın lehinə olacağını vurğulayıb.

Əfqanıstandakı sülh prosesinə toxunan Xan, bu ölkədə sülhün bərpası üçün əllərindən gələn səyi etdiklərini, yaranmış mövcud fürsətin məhv edilməməsi tərəflərin xeyrinə olacağını sözlərinə əlavə edib.


Etiketlәr: #BMT , #İslamabad , #İmran Xan:

Әlaqәli Xәbәrlәr