Roma Papası Fransisk Ərbildə Aylan Kurdinin atası ilə görüşüb

Roma Papası Fransisk Muğlanın Bodrum şəhərində rezin qayığın batması nəticəsində dünyasını dəyişən və cəsədi çimərlikdə tapılan suriyalı uşaq Aylan Kurdinin atası ilə bir araya gəlib.

1597022

Vatikan tərəfindən yayılan bəyanatda Papanın İraqın Ərbil şəhərindəki təmasları zamanı Franso Hariri stadionunda təşkil edilən mərasimdən sonra Aylanın atası Abdullah Kurdi ilə görüşdüyü qeyd edilib.

Bəyanatda Papanın ailəsini itirən Abdullah Kurdinin kədərinə şərik olduğu ifadə edilib. 
Kurdinin isə göstərdiyi marağa görə Papaya təşəkkür etdiyi və körpəsi Aylanın şəklini verdiyi bildirilib.

Xatırladaq ki, 2015-ci ilin 2 sentyabr tarixində Yunanıstana keçmək istəyərkən mindikləri rezin qayığın batması nəticəsində suriyalı üç yaşındakı Aylan Kurdi ilə yanaşı qardaşı və anasının da aralarında olduğu 5 nəfər həyatını itirmişdi.
Körpə Aylanın çimərlikdə tapılan cəsədinin götüntüləri Suriyadakı müharibənin dəhşətli xüsusiyyəti bir daha ortaya qoyulmuş, beynəlxalq ictimaiyyəti problemə diqqət çəkmişdi.

Әlaqәli Xәbәrlәr