ABŞ İranın zənginləşdirilmiş uran miqdarını artırmasına reaksiya verib

İran 20% nisbətində zənginləşdirilmiş 17,6 kiloqram uran istehsal edib.  Atom Enerjisi  üzrə Beynəlxalq Agentlik bu barədə açıqlama  verib.

1589681
ABŞ İranın zənginləşdirilmiş uran miqdarını artırmasına reaksiya verib

Atom Enerjisi  üzrə Beynəlxalq Agentlik  16 Fevralda   üzv ölkələrlə paylaşdığı hesabatında Tehran rəhbərliyinin 20%  nisbətində  zənginləşdirilmiş uran istehsal etdiyini bildirdi.

Məlumata görə, İran zənginləşdirilmiş uran ehtiyatını 2 min  442 kiloqramdan 2 968 kiloqrama qədər  artırıb. Hesabatda  bildirilib  ki,  “Agentlik İran tərəfindən bildirilməyən bir yerdə agentliyə elan olunmamış nüvə materialının ola biləcəyindən narahatdır. Sözügedən nüvə materialının İranın təhlükəsizlik nəzarəti müqaviləsi çərçivəsində bildirilməsi lazımdır”.

Hərtərəfli Birgə Fəaliyyət Planı (COEP) adlanan və 2015-ci ildə imzalanan nüvə müqaviləsi  çərçivəsində   İran 202,8 kiloqram uran ehtiyatına  və  3.67% nisbətində zənginləşdirilmiş urana sahib ola bilər. Lakin  İran nüvə razılaşması ilə icazə verilən zənginləşdirilmiş uran ehtiyatının təxminən 15 qatına sahibdir.

ABŞ  dövlət  departamentinin sözçüsü Ned Price  Atom Enerjisi  üzrə Beynəlxalq Agentlik tərəfindən  açıqlanan  hesabata  diqqət  çəkib  və  İranın Atom  Enerjisi  üzrə Beynəlxalq Agentlik müfəttişlərinə xüsusi yoxlama icazəsi verən əlavə protokolu dayandırmasının  səhv  addım olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr