İran İnqilab Keşikçiləri Korpusu hərbi təlim keçirir

İran İnqilab Keşikçiləri Korpusu  ölkənin cənub-qərbində genişmiqyaslı hərbi təlimlərə start verib.

1581670
İran İnqilab Keşikçiləri Korpusu hərbi təlim keçirir

İran dövlət televiziyasının Quru Qoşunları Komandanı Məhəmməd Pakpura  istinad  etdiyi  məlumatına  görə  hərbi  təlim  “Böyük Peyğəmbər 16” adlandırılıb. Pakpur Quru Qoşunları Komandirliyinə mənsub briqadaların qatılacağı manevrə pilotsuz uçuş  aparatları və  helikopterlərin dəstək verəcəyini bildirib. Quru Qoşunlarının döyüş və müdafiə texnikalarının əməliyyat gücünün sınaq  ediləcəyi  manevrə xüsusi təyinatlı qüvvələrin, komando  və topçu briqadalarının, zirehli birləşmələrin və hava qüvvələrinin qatılacağını bildirib  və  İnqilab Keşikçiləri Korpusu  Quru Qoşunları Komandanlığının, şimal-şərq, qərb, cənub-şərq və şərq bölgələrində ciddi təhlükəsizlik məsuliyyəti ilə ehtimal olunan hər cür təhlükəyə qarşı  mübarizəyə  hazır olduğunu vurğulayıb.

Qeyd  edək ki, İran son həftələrdə ardıcıl olaraq hərbi təlimlər keçirir. 5 yanvarda Simnan vilayətində yüzlərlə  Pilotsuz uçuş aparatları  ilə hücum təlimi, 13 yanvarda  isə  Ərəb dənizini və Hind okeanını əhatə edən geniş bir ərazidə döyüş gəmiləri, sualtı qayıqları və raketlər ilə manevrlər keçirdi.



Әlaqәli Xәbәrlәr