Ukraynada 9 telekanalın fəaliyyəti dayandırılır

Ukrayna ölkədəki 9 televiziya kanalının fəaliyyətini Rusiya tərəfindən maliyyələşdirildiyini səbəb göstərərək dayandırma qərarına gəlib.

1576671
Ukraynada 9 telekanalın fəaliyyəti dayandırılır

Ukrayna Prezident administarsiyasından yayılan açıqlamada, Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin Ukrayna Parlamentinin üzvü Taras Kozak və ona məxsus televiziya kanallarına sanksiya tətbiq edilməsinə dair qərarın təsdiq olunduğu bildirilib. Sanksiyalara görə Taras Kozak-a məxsus 9 televiziya kanalı 5 ilə dək fəaliyyət apara bilməyəcək.

Ukrayna Prezidenti Vladimir Zelensky sosial mediada hesabından verdiyi açıqlamada mətbuat azadlığını dəstəklədiyini, lakin Ukraynaya təcavüz edən bir ölkə tərəfindən maliyyələşdirilən mənfi təbliğatlara qarşı biganə qalmayacağını qeyd edib.

Zelensky-nin sözçüsü Yulia Mendel da Rusiya tərəfindən maliyyələşdirilən telekanalların Ukraynaya qarşı müharibədə istifadə edildiyini irəli sürüb.



Әlaqәli Xәbәrlәr