Ebulfazl Şikarçi: '' İranı müdafiә edәcәk gücümüz var''

İran İsrail tәrәfindәn hәyata keçirilәcәk hәrhansı hücuma cavab olaraq Tel Әviv vә Hayfa şәhәrlәrini vuracağını bildirib.

1572537
Ebulfazl Şikarçi: '' İranı  müdafiә edәcәk gücümüz var''

 

İran İsrail tәrәfindәn hәyata keçirilәcәk hәr hansı hücuma cavab olaraq Tel Әviv vә Hayfa şәhәrlәrini vuracağını bildirib.

İran dövlәt televiziya kanalı  İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahının sözçüsü Ebulfazl Şikarçinin İsrail Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Aviv Koçavinin hücumla bağlı hәdәlәrinә münasibәt bildirdiyini açıqlayıb.

İsrailin hәdәlәrini ‘‘psixoloji müharibә’’ olaraq qiymәtlәndirdiklәrini ifadә edәn Şikarçi deyib: ‘‘Әn kiçik xәtalarında hәm İrana hücum etmәk üçün hazırlandıqları raket bazasını vurarıq, hәm dә mümkün olan әn qısa müddәtdә  Hayfa vә Tel Әviv şәhәrlәrini yerlә-yeksan edәrik’’.

İranın nüvə proqramının tamamilə sülhsevər olduğunu söyləyən Şikarçi bildirib ki, bunu  Sionist rejim üçün deyil, bütün dünya üçün söyləyirik. Ayətullah Əli Xameneinin fətvasında və İranın müdafiə doktrinasında nüvə silahı istehsal etmək, əldə etmək və ya istifadə etmək kateqoriyası yoxdur.

Şikarçi bildirib ki, İranı vә torpaqlarını müdafiә edәcәk gücümüz var.

 

 



Әlaqәli Xәbәrlәr