Aleksey Navalnının qardaşı, vəkili və həkimi tutuldu

Rusiyada həbsdə olan dissident Aleksey Navalnının qardaşı Oleq Navalnı, vəkili Lubov Sobol və şəxsi həkimi Anastasiya Vasilyeva tutuldu.

1572885
Aleksey Navalnının qardaşı, vəkili və həkimi tutuldu

Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” siyahısına salınan Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov Twitter hesabında paylaşdığı məlumatda həbsdə olan Navalnının qardaşı Oleq Navalnı, vəkili Sobol və şəxsi həkimi Anastasiya Vasilyevanın tutulduğu, onların iki sutka müddətincə nəzarətdə qalacağı bildirilib.

Qeyd edək ki, Rus polisi müxalifətçi Navalnının paytaxt Moskvadakı mənzillərində və qurduğu Korrupsiyaya Qarşı Mübarizə Fondunun ofisində “sanitariya və epidemioloji qaydaları pozduğu” səbəbindən axtarış aparıb.

23 Yanvarda həbs olunan rus müxalifətçi Aleksey Navalnının sərbəst buraxılması üçün on minlərlə insanın qatıldığı aksiya keçirildi. Ölkə daxilindəki nümayişlər zamanı 3 mindən çox aksiyşaçı nəzarətə alındı. Kremlin sözçüsü Dmitriy Peskov, Navalnını dəstəkləyən nümayişlərin “qanunsuz və qəbuledilməz” olduğunu açıqladı.



Әlaqәli Xәbәrlәr