Taliban heyəti İrana gedib
Əfqanıstan hökuməti ilə sülh danışıqlarını davam etdirən Taliban təşkilatının yüksək səviyyəli nümayəndə heyəti, İranın dəvətinə görə Tehrana gedib.
1571230
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə mövzu ilə əlaqəli açıqlamasında: “Taliban Siyasi Ofisinin rəhbəri Molla Əbdülqani Beraderin rəhbərlik etdiyi nümayəndə heyəti Xarici İşlər Nazirliyinin dəvətinə görə Tehrana gəlib”. Xatibzadə qeyd edib ki, Taliban heyəti Xarici işlər naziri Məhəmməd Cavad Zərif başda olmaqla rəsmiləri ilə görüşəcək.
Әlaqәli Xәbәrlәr
İraqdakı Kor-Mor təbii qaz yatağı hədəf alınıb, ölən və yaralananlar var
Hücumdan sonra Kor-Mor təbii qaz yatağında yanğın baş verib.