Mahmud Abbas Həmas liderinə məktub  ünvanlayıb

Fələstin Dövlət Başçısı Mahmud Abbas Həmasın  Siyasi Bürosunun sədri İsmayıl Heniyyeyə “milli birliyin bərpası”  mövzusundakı qərarlılığını vurğuladığı bir   məktub ünvanlayıb.

1556730
Mahmud Abbas Həmas liderinə məktub  ünvanlayıb

Heniyyenin mətbuat müşaviri Tahir en-Nunu bu barədə məlumat yayıb: “Abbasın Cümə axşamı günü Heniyyenin seçkilər ilə əlaqəli  məktubuna cavab olaraq göndərdiyi məktubda “Fəth hərəkatı və özünün milli birlik və ortaqlığın qurulması prosesinə sadiq olduğunu vurğulayıb. Ortaqlıq yaradmağın azad və ədalətli demokratik proseslə millətin, xalqın, liderliyin və  ortaq qərarları konkretləşdirmək  baxımında əhəmiyyətli  addım  olacağına diqqət  çəkib.

Xatırladaq ki Heniyye 31 dekabrda Abbasa göndərdiyi məktubda: “Bu yaxınlarda məsələnin bütün aspektlərini araşdırdıq  və  nəticədə  milli konsensus və birləşmə prosesini davam etdirməyə hazır olduğumuz qənaətinə gəldik. İlk Qanunvericilik Şurasına, ikinci Prezidentliyə və üçüncü Milli Şuraya seçkilərə hazırıq.”



Әlaqәli Xәbәrlәr