İki Rus diplomat Kolumbiyadan qovuldu

Kolumbiya, Rusiyanın Boqotadakı səfirliyində vəzifəli iki diplomatdan ölkədən çıxmasını istəyib.

1550415
İki Rus diplomat Kolumbiyadan qovuldu

Diplomatların ölkədən qovulmalarına onların qeyri-qanuni fəaliyyətləri səbəb kimi göstərilib.

Kolumbiya Xarici İşlər Nazirliyinin açıqlamasında: “qərar Rus diplomatların Vyana Konvensiyasına zidd fəaliyyət apardıqları təsdiqləndikdən sonra qəbul edilib”.

“Semana” saytında yer alan xəbərə görə, Rus diplomatlar ölkədə casusluq etməkdə və Kolumbiyanın enerji infrastrukturu, texnoloji potensialı və ölkənin hərbi kəşfiyyatı barədə məlumat toplamaqda günahlandırılib.



Әlaqәli Xәbәrlәr