Ruhani: “ABŞ öhdəliklərinə qayıtmalıdır”

ABŞ-ın Joe Biden rəhbərliyindəki yeni hökumət öhdəliklərinə qayıdmaq məcburiyyətində qalacaq. Bunu İran Prezidenti Həsən Ruhani deyib.

1547257
Ruhani: “ABŞ öhdəliklərinə qayıtmalıdır”

Daxili İşlər Nazirliyinin bəzi layihələrinin açılış mərasiminə Video konfrans vasitəsilə qatılan İran Prezidenti Həsən Ruhani ABŞ-ın ölkəsi əliyhinə sanksiyalara münasibət bildirib: “Sanksiyaların təsirini aradan qaldırmaq üçün hər kəs əlindən gələn cəhdi etməlidir. ABŞ-ın yeni rəhbərliyinin İranın müqaviməti qarşısında sanksiyaların tətbiqindən imtina edərək öz öhdəliklərinə qayıdacağına inamım tamdır. Bu addım dərhal atılmalı və sanksiyalara son qoymalıdır. Daha itiriləsi vaxt qalmadı”-deyə Ruhani bildirib.



Әlaqәli Xәbәrlәr