Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların müddәtini uzadıb

Avropa İttifaqı Ukraynada sabitliyi pozduğu səbəbi ilə Rusiyaya tətbiq olunan iqtisadi sanksiyaların müddәtinin daha 6 ay uzadılması qәrarına gәlib.

1543599
Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların müddәtini uzadıb

Aİ Şurası rәhbәrinin sözçüsü Barend Leyts Belçikanın paytaxtı Brüsseldə Aİ Liderləri Sammiti keçirilәrkәn sosial media hesabında yaydığı açıqlamada bu barәdә mәlumat yayıb. O qeyd edib ki, Rusiya Ukraynadakı sabitliyi pozduğu üçün Aİ-nın tətbiq etdiyi iqtisadi sanksiyaların müddәtinin uzadılması qərarına gәlindi.

Xatırladaq ki, Rusiya 18 mart 2014-cü ildə Krım Muxtar Respublikasını və Sevastopol şəhərini qanunsuz olaraq ilhaq etdi. Krımın Rusiya tərəfindən ilhaq edilməsindən və Ukraynanın şərqindəki hadisələrdən sonra Aİ, ABŞ və bəzi ölkələr Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başladılar. Aİ Rusiyaya sanksiya tətbiqinә dair ilk qərarı 2014-cü ildə qәbul etdi. Hәmin tarixdәn sonra Ticarət və investisiya məhdudiyyətləri daxil olmaqla sanksiyaların müddәti hәr 6 ayda bir uzadılır. Mövcud sanksiyaların müddəti 31 yanvar 2021-ci sona çatacaq.



Әlaqәli Xәbәrlәr