Ermənistanda 3 yeni nazir təyin edilib

Ermənistan müdafiə, fövqəladə hallar və əmək və sosial naziri vəzifələrinə yeni təyinatlar olub.

1531427
Ermənistanda 3 yeni nazir təyin edilib

Ermənistan müdafiə, fövqəladə hallar və əmək və sosial naziri vəzifələrinə yeni təyinatlar olub.

Ermənistan prezidenti Armen Sarkisyanın imzaladığı sərəncama görə, Vaqarşak Arutyunyan müdafiə naziri, Andranik Piloyan fövqəladə hallar naziri, Mesrop Arakelyan isə əmək və sosial müdafiə naziri təyin edilib.

Xatırladaq ki, Ermənistanın baş naziri parlamentdəki çıxışında hökumətdə kadr dəyişikliyi edəcəyini bildirmişdi. Bu çıxışdan sonra xarici işlər naziri Zöhrab Mnasakanyan, fövqəladə hallar naziri Feliks Çolakyan, əmək və sosial məsələlər naziri Zarui Batoyan, müdafiə naziri David Tonoyan, elm, təhsil, mədəniyyət və əmək naziri Zarui Batoyan istefa verib.



Әlaqәli Xәbәrlәr