Azərbaycanda mülki hədəflərə qarşı hücumlarda Ermənistan-PKK/YPG əməkdaşlığı

Azərbaycana məxsus mülki hədəflərə qarşı hücumlarda Ermənistan tərəfindən keçən aylarda (Suriya və İraqdan) Dağlıq Qarabağ bölgəsinə aparılan terror təşkilatı PKK/YPG terrorçuları tərəfindən təlim keçmiş silahlılardan istifadə edilib.

1499595
Azərbaycanda mülki hədəflərə qarşı hücumlarda Ermənistan-PKK/YPG əməkdaşlığı

Azərbaycana məxsus mülki hədəflərə qarşı hücumlarda Ermənistan tərəfindən keçən aylarda (Suriya və İraqdan) Dağlıq Qarabağ bölgəsinə aparılan terror təşkilatı PKK/YPG terrorçuları tərəfindən təlim keçmiş silahlılardan istifadə edilib
Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, Azərbaycana məxsus mülki yaşayış məntəqələrinə qarşı həyata keçirdiyi hücumlardan əvvəl Ermənistanın terror təşkilatı PKK ilə razılaşdığı bildirilib.
İyul ayının sonunda əldə edilən razılaşmaya əsasən, təxminən 300 PKK/YPG üzvü terrorçu Ermənistan və Qarabağa aparılıb. Terror təşkilatı PKK/YPG üzvləri Dağlıq Qarabağdakı erməni milislərinə təlim keçirlər. Milislər xüsusilə mülki vətəndaşlara qarşı hücumlarda istifadə olunur.
Azərbaycan Silahlı Qüvvələri işğal altındakı əraziləri geri almağa davam edir.
Bir çox hakimtəpədə nəzarəti ələ keçirən edən Azərbaycan Silahlı Qüvvələri Seyid Əhmədli, Qaraxanbəyli və  Kənd Horadiz kəndlərini geri aldı. 
Son olaraq, daha iki tankı vuran Azərbaycan ordusunun məhv etdiyi zirehli texnikanın sayı 30-a yaxınlaşıb. Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatı uğurla davam edir.



Әlaqәli Xәbәrlәr